YANVAR – İYUN, 2024

17

May

Cıdır düzünə səfər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko mayın 17-də Cıdır düzündə olmuşdurlar. Cıdır düzünün Şuşanın rəmzlərindən biri olaraq tarixən cıdır yarışlarının və Qarabağ xanlığı dövründən yerli türk əhalinin Novruz bayramını və digər el şənliklərini keçirdiyi ərazi olması barədə ali qonağa məlumat verilmişdir.