XƏBƏRLƏR HAQQIMIZDA VİDEOLAR
EN
RU
ES

AĞDƏRƏ

13

Yanvar

2026

Çapar kəndində görülmüş işlərlə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunun Çapar kəndində görülmüş işlərlə tanış olmuşdur.

Çapar Ağdərə rayonunun İmarət Qərvənd kənd inzibati ərazi dairəsində, Qarabağ silsiləsinin cənub-şərq yamacında yerləşir. Burada qala və məbəd memarlıq abidələri vardır. Çapar kəndi Azərbaycan Silahlı Qüvvələrinin 2023-cü ildə həyata keçirdikləri antiterror əməliyyatı nəticəsində işğaldan azad edilmişdir.

Çaparda mövcud olan fərdi evlərin sayı 104-dür. Onlardan 41-i yararsız, 63-ü isə qismən yararlıdır. Evlərdən 40-ı artıq istismara hazırdır. İl ərzində daha 23 evin bərpa edilməsi planlaşdırılır. İlkin olaraq kəndə 26 ailə (96 nəfər) qayıtmışdır.

Kənddə sosial məsələlərin həlli ilə bağlı bir çox iş görülmüşdür. Belə ki, 3 ədəd mövcud transformator və elektrik xətti bərpa edilmiş, yeni elektrik, qaz və rabitə xətləri çəkilmiş, su şəbəkəsi yaradılmış, su anbarları bərpa olunmuşdur. Uzunluğu 6 kilometrə yaxın olan kənddaxili yollar yenidən qurulmuşdur. Kənddə yeni salınmış park da sakinlərin istifadəsinə veriləcəkdir.

Səfər çərçivəsində Prezident İlham Əliyev kəndə köçmüş Kəmalə Dadaşovanın ailəsinə baş çəkmiş və yaşayış şəraiti ilə maraqlanmışdır.

Qarabağa baxış

Keçmiş Dağlıq Qarabağ münaqişəsinin tarixi, siyasi və hüquqi aspektləri

Erməni cinayətləri

Azərbaycan mədəni irsi və təbii sərvətlərinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Xocalı bu gün

Xocalının dinc əhalisinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Şuşa bu gün

Vətən bağı aləlvandır, ətrin gəlir, Xarıbülbül

44 günlük müharibə

Bütün müharibələri bitirmək üçün müharibə

Virtual Qərbi Azərbaycan

Qərbi Azərbaycanda Oğuz-Türk irsi