XANKƏNDİ
19
Sentyabr2024
“Bulud” hotelində aparılan təmir-bərpa işləri ilə tanışlıq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Xankəndi şəhərində “Bulud” hotelində aparılan təmir-bərpa işləri ilə tanış olmuşdur.
Ümumi sahəsi 5 min kvadratmetrə yaxın olan hotel beş mərtəbə və zirzəmi qatından ibarətdir. Hoteldə müxtəlif tipli 44 otaq olacaqdır. Burada ən müasir iaşə məkanları – “lobby lounge”, kafe, açıq və qapalı restoranlar da fəaliyyət göstərəcəkdir. “Xankəndi” mehmanxana kompleksinə aid olan “Bulud” hotelində 50 nəfərdən çox işçinin fəaliyyət göstərməsi nəzərdə tutulmuşdur.
