AĞDAM
14
İyul2026
Baş Qərvənd kənd tam orta məktəbinin təməlqoyma mərasimi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini iyulun 14-də Milan Rastislav Ştefanik adına 840 şagird yerlik Baş Qərvənd kənd tam orta məktəbi binasının təməlini qoymuşdurlar.
Ümumi ərazisi 3 hektar olan məktəbin binasında 35 sinif otağı, texnologiya, hərbi hazırlıq və kompüter otaqları, kitabxana, fizika, biologiya və kimya laboratoriyaları yaradılacaqdır. Burada akt və idman zalları, bufet və digər zəruri tədris infrastrukturu da olacaqdır.
Binanın elektrik təchizatını təmin etmək üçün günəş panellərinin quraşdırılması nəzərdə tutulur. Məktəbin ərazisində həm şagirdlər, həm də sakinlər üçün qaçış zolağı olan geniş idman meydançası, oyun və istirahət sahələri yaradılacaq, yaşıllıq zolaqları salınacaqdır.
Baş Qərvənd kəndinin inşasında Slovakiya şirkətləri iştirak edir. Kənddə inşa olunacaq məktəb Slovakiya tərəfindən Azərbaycana hədiyyə olunur.

