XƏBƏRLƏR HAQQIMIZDA VİDEOLAR
EN
RU
ES

AĞDAM

24

İyul

2024

Bakıda Zəfər parkında aparılan tikinti işləri ilə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 24-də Bakıda Zəfər parkında aparılan tikinti işləri ilə tanış olmuşdur.

8 Noyabr prospektində inşa olunan Zəfər parkının ərazisi doqquz hektardan çoxdur. Parkın girişində 44 tağ elementindən istifadə edilmişdir. Tağlar Qələbəyə aparan rəmzi yolun başlanğıcını tərənnüm edir. Tağın hündürlüyü 44 metr, eni isə 22 metrdir.

Parka keçid hissədə 8 Noyabr – Zəfər Gününü və sarsılmaz birliyi təcəssüm təcəssüm etdirən memorial abidə ucaldılacaqdır. Memorial abidənin ətrafında Qarabağ xalçalarındakı naxış və bəzək elementlərini əks etdirən yaşıllıq salınacaqdır. Zəfər Muzeyinə park ərazisindən iki istiqamətdə giriş olacaqdır. Sahəsi 9 min 200 kvadratmetr olan muzeyin yan divarında Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan əsgər və zabitlərin adları qeyd ediləcəkdir.

Qarabağa baxış

Keçmiş Dağlıq Qarabağ münaqişəsinin tarixi, siyasi və hüquqi aspektləri

Erməni cinayətləri

Azərbaycan mədəni irsi və təbii sərvətlərinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Xocalı bu gün

Xocalının dinc əhalisinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Şuşa bu gün

Vətən bağı aləlvandır, ətrin gəlir, Xarıbülbül

44 günlük müharibə

Bütün müharibələri bitirmək üçün müharibə

Virtual Qərbi Azərbaycan

Qərbi Azərbaycanda Oğuz-Türk irsi