XƏBƏRLƏR HAQQIMIZDA VİDEOLAR
EN
RU
ES

XOCALI

15

Sentyabr

2025

Badara kəndinə səfər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də Xocalı rayonunun Badara kəndində olmuşdur.

2023-cü ilin sentyabrında Silahlı Qüvvələrimizin həyata keçirdiyi antiterror əməliyyatı zamanı Azərbaycanın nəzarətinə keçən kənddə sosialyönümlü bir sıra layihələr icra olunmuşdur. Burada park və bayraq meydanı yaradılmış, yollara asfalt döşənmişdir. Mövcud elektrik və qaz xətləri bərpa olunmuş, transformator quraşdırılmış, sayğaclaşdırma işləri görülmüş, yeni qaz xətti çəkilmiş, rabitə xətləri üçün dirəklər basdırılmışdır. Hazırda kabelin çəkilişi işləri davam etdirilir.

Kəndin ərazisində ümumilikdə 313 fərdi ev mövcuddur ki, onlardan da 55-i yararsız, 258-i isə qismən yararlıdır. Artıq 15 fərdi ev bərpa olunmuş və 14 ailə (55 nəfər) kəndə köçmüşdür. Cari ilin sonunadək 115, gələn il isə 128 evin bərpası planlaşdırılır.

Səfər çərçivəsində dövlətimizin başçısı kəndə köçmüş Barat Novruzovun evinə baş çəkmiş, ailə üzvləri ilə söhbət etmişdir.

Qarabağa baxış

Keçmiş Dağlıq Qarabağ münaqişəsinin tarixi, siyasi və hüquqi aspektləri

Erməni cinayətləri

Azərbaycan mədəni irsi və təbii sərvətlərinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Xocalı bu gün

Xocalının dinc əhalisinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Şuşa bu gün

Vətən bağı aləlvandır, ətrin gəlir, Xarıbülbül

44 günlük müharibə

Bütün müharibələri bitirmək üçün müharibə

Virtual Qərbi Azərbaycan

Qərbi Azərbaycanda Oğuz-Türk irsi