ZƏNGİLAN
14
Fevral2021
Bəsitçay Dövlət Təbiət Qoruğunun bərpası
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva fevralın 14-də Zəngilan rayonu ərazisindəki Bəsitçay Dövlət Təbiət Qoruğunun ərazisində olmuş, burada çinar ağacları əkərək Bəsitçaya balıq buraxmışdırlar.
Erməni qəsbkarları işğal altında saxladıqları dövrdə digər ərazilərdə olduğu kimi, Bəsitçay qoruğunda da ekoloji terror törətmişdirlər. Mənfur düşmən qoruğun meşəlik ərazisinin, demək olar ki, yarısını məhv etmiş, ağacların kökünü, oduncağını yandırmışdır. Burada illərlə formalaşmış təbii ekosistemin tarazlığına erməni vandalizmi nəticəsində ciddi zərbə vurulmuşdur.
Prezident İlham Əliyev ermənilərin Bəsitçay qoruğunun nadir çinar meşəsini məhv edərək Azərbaycana qarşı ekoloji terror törədildiyini vurğulamış, qoruğun bərpasına başlanıldığını qeyd etmişdir.
