XƏBƏRLƏR HAQQIMIZDA VİDEOLAR
EN
RU
ES

AĞDAM

4

Oktyabr

2022

Bərdə–Ağdam avtomobil yolunda görülən işlərlə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 4-də Bərdə–Ağdam avtomobil yolunda görülən işlərlə tanış olmuşdur.

Yolun texniki göstəriciləri və görülən işlər barədə dövlətimizin başçısına məlumat verən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov bildirmişdir ki, başlanğıcını Bərdə şəhərindən götürən bu avtomobil yolunun uzunluğu 44,5 kilometr, eni 26,5 metrdir. Birinci texniki dərəcəyə uyğun inşa olunan avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla, dörd hərəkət zolağından ibarətdir. Yol boyu 4 körpünün, o cümlədən 3 yolüstü piyada keçidinin inşası nəzərdə tutulur. Həmçinin avtomobil yolunda 29 avtobus dayanacağı tikilir. Onlardan 14-nün inşası tamamlanmışdır. Layihə üzrə torpaq işləri başa çatdırılmış, ümumi iş həcminin 75 faizi icra olunmuşdur.

Qarabağa baxış

Keçmiş Dağlıq Qarabağ münaqişəsinin tarixi, siyasi və hüquqi aspektləri

Erməni cinayətləri

Azərbaycan mədəni irsi və təbii sərvətlərinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Xocalı bu gün

Xocalının dinc əhalisinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Şuşa bu gün

Vətən bağı aləlvandır, ətrin gəlir, Xarıbülbül

44 günlük müharibə

Bütün müharibələri bitirmək üçün müharibə

Virtual Qərbi Azərbaycan

Qərbi Azərbaycanda Oğuz-Türk irsi