AĞDAM
8
Avqust2025
Azərbaycan və ABŞ prezidentlərinin, Ermənistanın Baş nazirinin Ağ Evdə mətbuata bəyanatla çıxışı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan avqustun 8-də Ağ Evdə mətbuata bəyanatla çıxış etmişdirlər.
Görüş zamanı tərəflər Cənubi Qafqazda uzunmüddətli sülhün təmin edilməsi, qarşılıqlı etimadın qurulması və əməkdaşlıq imkanlarının genişləndirilməsi barədə razılığa gəldiklərini bəyan etmişdirlər.
ABŞ Prezidenti Donald Tramp çıxışında Ermənistan və Azərbaycan arasında 35 ildən artıq davam edən münaqişəyə son qoyulmasının tarixi əhəmiyyətini vurğulamış və əldə edilən razılaşmanı böyük diplomatik nailiyyət kimi qiymətləndirmişdir. Azərbaycan Prezidenti İlham Əliyev ABŞ ilə strateji tərəfdaşlıq münasibətlərinin qurulmasını və iki ölkə arasında məhdudiyyətlərin aradan qaldırılmasını tarixi hadisə adlandırmışdır. O, əldə edilən razılaşmanın Qafqaz regionunda sülh və sabitlik üçün yeni imkanlar yaratdığını bildirmişdir. Ermənistanın Baş naziri Nikol Paşinyan isə sülh sazişinin paraflanmasını münaqişəyə son qoyan dönüş nöqtəsi kimi dəyərləndirmişdir. O, regionda iqtisadi əməkdaşlıq və təhlükəsizliyin güclənəcəyini vurğulamışdır. Tərəflər “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” adlanan yeni nəqliyyat və iqtisadi dəhlizin yaradılmasına dair razılığa gəlmişdirlər.

