XƏBƏRLƏR HAQQIMIZDA VİDEOLAR
EN
RU
ES

AĞDAM

15

Dekabr

2021

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammitində çıxışı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 15-də Belçika Krallığının paytaxtı Brüsseldə keçirilən Avropa İttifaqının Şərq Tərəfdaşlığının VI Sammitində çıxış etmişdir.

Azərbaycan-Avropa İttifaqı arasında strateji əlaqələrin yüksələn xətlə inkişaf etdiyinə diqqət çəkən Prezident İlham Əliyev çıxışı zamanı Qarabağ mövzusuna toxunaraq Ermənistan ilə Azərbaycan arasında konstruktiv mühitin hökm sürdüyünü, belə bir mühitin yaradılmasında Avropa İttifaqının rolunu xüsusi vurğulamışdır. Dövlətimizin başçısı bu imkanın əldən verilməməsi və yaranmış fürsətdən istifadə edərək regionda davamlı sülhün təmin olunması istiqamətində səylərin davam etdirilməsinin vacibliyini bildirmişdir.

Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması üçün münbit zəminin yarandığını bildirən Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın özü tərəfindən hərbi-siyasi yollarla həll edildiyini və Dağlıq Qarabağ münaqişəsinin artıq olmadığını, bundan sonra hər iki ölkənin gələcəyə baxmalı olduğunun vacibliyini vurğulamışdır.

Dövlətimizin başçısı İlham Əliyev, həmçinin ATƏT-in Minsk qrupunun roluna toxunaraq Ermənistanla Azərbaycan arasında sülh sazişinin hazırlanması, sərhədlərin delimitasiyası, insanlar arasında təmasların yaradılması, etimad quruculuğu tədbirləri və digər məsələlərdə Minsk qrupu tərəfindən kömək göstərilə biləcəyini bildirmişdir.

Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə olan minalar məsələsinə toxunaraq Azərbaycanın mülki vətəndaşlarının minalardan əziyyət çəkdiyini və bu günə qədər 200-ə yaxın insanın mina partlaması nəticəsində həlak olduğunu və ya yaralandığını bildirmişdir. Bu xüsusda Avropa İttifaqı və üzv dövlətlər tərəfindən Azərbaycana mina probleminin aradan qaldırılması üçün texniki və maliyyə yardımının göstərilməsinin vacibliyini diqqətə çatdırmışdır.

Qarabağa baxış

Keçmiş Dağlıq Qarabağ münaqişəsinin tarixi, siyasi və hüquqi aspektləri

Erməni cinayətləri

Azərbaycan mədəni irsi və təbii sərvətlərinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Xocalı bu gün

Xocalının dinc əhalisinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Şuşa bu gün

Vətən bağı aləlvandır, ətrin gəlir, Xarıbülbül

44 günlük müharibə

Bütün müharibələri bitirmək üçün müharibə

Virtual Qərbi Azərbaycan

Qərbi Azərbaycanda Oğuz-Türk irsi