1
Mart
Azərbaycan rəsmiləri martın 1-də Qarabağda erməni icmasının təmsilçiləri ilə görüşmüşdürlər. Milli Məclisin deputatı Ramin Məmmədov Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyənləşdirilmişdir. Görüş Xocalı şəhərində, Rusiya sülhməramlı kontingentinin qərargahında baş tutmuşdur. Görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” QSC-nin mütəxəssislərindən ibarət monitorinq qrupunun rəhbəri Məsim Məmmədov da iştirak etmişdir. Görüş zamanı Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan Respublikasına reinteqrasiyasına dair ilkin müzakirələr aparılmışdır.