İYUL – DEKABR, 2022

26

Avqust

Azərbaycan Ordusunun bölmələrinin Laçın şəhərinə daxil olması

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən avqustun 26-da Laçın şəhəri, eləcə də Zabux və Sus yaşayış məntəqələri Azərbaycan Ordusunun bölmələri tərəfindən tam nəzarətə götürülmüşdür.

Qeyd olunan ərazilərdə bölmələrimizin yeni dislokasiya məntəqələrinə yerləşdirilməsi, həmçinin zəruri mühəndis işlərinin görülməsi istiqamətində fəaliyyətlər davam etdirilir.