AĞDAM
19
Sentyabr2024
Avtomatlaşdırma və telemexanika sistemlərinin istehsalı zavodunun açılış mərasimi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Ağdam Sənaye Parkında “Rail Trans Service” Məhdud Məsuliyyətli Cəmiyyətinin avtomatlaşdırma və telemexanika sistemlərinin istehsalı zavodunun açılışında iştirak etmişdir.
2022-ci ilin oktyabrında Ağdam Sənaye Parkının rezidenti kimi qeydiyyata alınan “Rail Trans Service” MMC tərəfindən sənaye parkının 1,6 hektar ərazisində “Avtomatlaşdırma və telemexanika sistemlərinin istehsalı” layihəsi həyata keçiriləcəkdir.
İnvestisiya dəyəri 8,92 milyon manat olan müəssisədə 60 nəfər işlə təmin ediləcəkdir. Zavodun illik istehsal gücü 5 min ədəd rabitə və işarəvermə, 250 ədəd mikroprosessor mərkəzləşmə sistemi avadanlığı həcmindədir. İstehsal olunan mallar daxili və xarici bazarlar üçün nəzərdə tutulmuşdur.
