KƏLBƏCƏR
21
Avqust2025
“Aşağı Vəng”, “Nadirxanlı” və “Çaykənd” kiçik su-elektrik stansiyalarının açılış mərasimi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 21-də Kəlbəcər rayonunun Vəng kəndində “AzərEnerji” ASC-nin “Aşağı Vəng”, “Nadirxanlı” və “Çaykənd” kiçik su-elektrik stansiyalarının açılışında iştirak etmişdirlər. Mərasim zamanı dövlətimizin başçısı su-elektrik stansiyalarının açılışını etmişdir.
“Aşağı Vəng” (8,6 MVt) və “Nadirxanlı” (8,8 MVt) stansiyalarında illik 48 milyon kVt/saat, “Çaykənd” (5 MVt) stansiyasında isə 15 milyon kVt/saat elektrik enerjisinin istehsalı nəzərdə tutulur. Bu, ümumilikdə 32 min nəfərin “yaşıl enerji” ilə təminatına, illik 16 milyon kubmetr təbii qaza qənaətə və 29 min ton karbon emissiyasının qarşısının alınmasına imkan verəcəkdir.
Müasir avadanlıqlarla təchiz edilmiş bu stansiyalar ölkə enerji sisteminin mərkəzləşdirilmiş SCADA sisteminə inteqrasiya olunmuşdur. Burada ümumilikdə 12 nəfər Kəlbəcər sakini işlə təmin edilmişdir.
Beləliklə, Qarabağ və Şərqi Zəngəzurda su-elektrik stansiyalarının sayı 38-ə, ümumi gücü isə 307 MVt-a çatmışdır.

