İYUL – DEKABR, 2021

4

Oktyabr

Akademik Mehdi Mehdizadə adına tam orta məktəbin təməl qoyulması

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 4-də Cəbrayıl şəhərində akademik Mehdi Mehdizadə adına tam orta məktəbin təməlqoyma mərasimində iştirak etmiş və məktəbin təməlini qoymuşdur. 960 şagirdin təhsil alacağı yeni məktəb binasında hər cür inventarla təchiz olunmuş sinif otaqları, fənn kabinetləri fəaliyyət göstərəcəkdir. Məktəbin həyətində geniş idman meydançası tikiləcəkdir. 1876-cı ildə tikilib istifadəyə verilmiş 145 yaşlı bu məktəblə yanaşı, Cəbrayıl şəhərində daha 3 məktəbin tikilməsi nəzərdə tutulmuşdur.