İYUL – DEKABR, 2023

24

Dekabr

Ağdamda Qiyaslı kəndinin təməlinin qoyulması

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdam rayonunun Qiyaslı kəndinin təməlini qoymuşdur.

Qiyaslı kəndi tarixi ənənələri qorumaqla müasir üslubda layihələndirilmişdir. Kəndin ümumi ərazisi 400 hektara yaxındır. Kənddə 4972 nəfərin məskunlaşması planlaşdırılmışdır. Kənddə ümumilikdə 1323 fərdi evin tikilməsi nəzərdə tutulmuşdur.

Burada məskunlaşacaq əhalinin yaşayış yükünü nəzərə alaraq məhəllələrin salınmasının birinci mərhələsi üçün 145 hektar torpaq sahəsi ayrılmışdır. Birinci mərhələdə kəndə 2546 nəfərin köçürülməsi üçün 656 fərdi ev tikiləcəkdir. Qiyaslı kəndində 540 şagird yerlik məktəb, 180 yerlik isə iki uşaq bağçası və digər sosial obyektlər inşa olunacaqdır. Kənddə enerji daşıyıcılarına qənaət etmək məqsədilə alternativ enerjidən istifadə olunacaqdır.