XƏBƏRLƏR HAQQIMIZDA VİDEOLAR
EN
RU
ES

AĞDAM

18

İyul

2025

Ağdam Sənaye Parkında tütün məmulatlarının istehsalı müəssisəsinin açılış mərasimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də “Tabaterra” MMC-nin Ağdam Sənaye Parkındakı tütün məmulatlarının istehsalı müəssisəsinin açılışında iştirak etmişdir.

Ağdam Sənaye Parkında 5,5 hektar ərazidə yaradılan “Tabaterra” MMC-nin tütün məmulatlarının istehsalı müəssisəsinin açılması ilə parkda fəaliyyət göstərən müəssisələrin sayı 10-a çatmışdır. Layihəyə 58 milyon manat investisiya yatırılmışdır. “Tabaterra” MMC öz məhsulları ilə yanaşı, “British American Tobacco”, “Japan Tobacco International” və “Imperial Brands” şirkətlərinə məxsus beynəlxalq brendləri lisenziya əsasında istehsal edir. Müəssisədə 20-dən çox brend üzrə 120-dən artıq çeşiddə tütün məmulatı istehsal olunur. Almaniya, İtaliya və Böyük Britaniyanın qabaqcıl texnologiyalarının tətbiq edildiyi müəssisədə 9 istehsal xətti mövcuddur. İstehsal olunan məhsullar Birləşmiş Ərəb Əmirliklərinə, Gürcüstana, Özbəkistana və İraqa ixrac edilir.

Müəssisə sənaye parkının rezidenti kimi vergi, gömrük və digər güzəştlərdən faydalanır. Hazırda burada 400 nəfər çalışır. Şirkət 300-dək işçinin Ağdam şəhərinə köçürülməsini nəzərə alaraq onların yaşayış təminatını qarşılamaq üçün “Ağdam Residence” yaşayış kompleksində 208 mənzilin alınmasına sərmayə yatırmış və həmin mənzilləri əməkdaşların işlədiyi dövr ərzində ödənişsiz olaraq onların istifadəsinə vermişdir.

Keçən ilin nəticələrinə görə “Tabaterra” MMC qeyri-neft və özəl sektor üzrə qabaqcıl ixracatçı, eyni zamanda qeyri-neft sektorunda ən iri vergi ödəyicisi olmuşdur. “Tabaterra” MMC-nin işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi layihələr iqtisadi fəallığın artırılmasına, sənayenin və kənd təsərrüfatının inkişafına, regionun ixrac potensialının artırılmasına, məşğulluğun təmin olunmasına töhfə verir. Bu layihələrin ümumi investisiya dəyəri 79 milyon manat təşkil edir.

Qarabağa baxış

Keçmiş Dağlıq Qarabağ münaqişəsinin tarixi, siyasi və hüquqi aspektləri

Erməni cinayətləri

Azərbaycan mədəni irsi və təbii sərvətlərinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Xocalı bu gün

Xocalının dinc əhalisinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Şuşa bu gün

Vətən bağı aləlvandır, ətrin gəlir, Xarıbülbül

44 günlük müharibə

Bütün müharibələri bitirmək üçün müharibə

Virtual Qərbi Azərbaycan

Qərbi Azərbaycanda Oğuz-Türk irsi