YANVAR – İYUN, 2023

2

May

Ağdam şəhərində salınacaq 3-cü yaşayış məhəlləsinin təməlqoyma mərasimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 2-də Ağdam şəhərində salınacaq 3-cü yaşayış məhəlləsinin təməlqoyma mərasimində iştirak etmişdirlər. Mərasim zamanı dövlətimizin başçısı Ağdam şəhərində 2-ci yaşayış məhəlləsinin təməlini qoymuşdur.

Ümumi sahəsi 17 hektara yaxın olan yaşayış məhəlləsinin salınacağı ərazinin bir hissəsi çoxfunksiyalı zonanı əhatə edir və bu hissələrdə əhalinin sıxlığı azdır. Bu məhəllədə tikiləcək yaşayış binalarında ümumi sahəsi 120 min kvadratmetr təşkil edən 1239, o cümlədən 25 birotaqlı, 396 ikiotaqlı, 533 üçotaqlı, 285 dördotaqlı mənzil olacaqdır.