AĞDAM
28
MAY2021
Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının təməlqoyma mərasimi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının təməlqoyma mərasimində iştirak etmişdir.
ABŞ-nin “Gensler”, Azərbaycanın “Azərbaycan inkişaf” və Türkiyənin “URAL mühəndislik” şirkətləri binanın layihələndirilməsinə cəlb olunmuşdur. Binanın fasadında Ağdamın yerli ağ daşından və Avropa memarlıq elementlərindən istifadə ediləcəkdir. Mənzillər bir, iki, üç, dörd və beşotaqlı olacaqdır.

