28
May
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Ağdam şəhər meşə-parkında Azərbaycanın simvollarından biri hesab edilən dağdağan ağaclarının əkilməsi mərasimində iştirak etmişdir. Prezident İlham Əliyev ərazidə Azərbaycanın simvolik ağacı olan dağdağan ağacı əkmişdir.
Ağdam şəhər meşə-parkında şəhər sakinləri və qonaqları üçün 125 hektarlıq böyük meşə parkı salınacaqdır. Bərpa olunacaq Ağdam kanalı şəhərin içindən keçəcək və onun suyu burada yaradılacaq gölə töküləcəkdir.