AĞDAM
18
Fevral2025
“Ağdam Residence” yaşayış kompleksində yaradılan şəraitlə tanışlıq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 18-də “Ağdam Residence” yaşayış kompleksində yaradılan şəraitlə tanış olmuşdurlar.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın 2022-ci il fevralın 13-də təməlqoyma mərasimində iştirak etdikləri yaşayış kompleksinin ümumi sahəsi 1,55 hektardır. Hal-hazırda ərazidə ilkin 6 yaşayış binası inşa edilmişdir. Kompleksdəki binalar altımərtəbəli, blokların ümumi sayı isə 11-dir. Mənzillərin 45-i birotaqlı, 108-i ikiotaqlı, 48-i üçotaqlı, 8-i isə dördotaqlıdır.
Kompleksdə tikinti-quraşdırma işləri artıq yekunlaşmışdır. Sakinlərin rahat yaşayışı üçün kompleksin ərazisində park, istirahət guşələri, sosial-məişət obyektləri, avtodayanacaqlar, velosiped yolları, uşaq oyun və idman meydançaları istifadəyə veriləcək, geniş abadlıq və yaşıllaşdırma işləri görüləcəkdir.
