İYUL – DEKABR, 2023

24

Dekabr

Ağdam rayonunda Baş Qərvənd kəndinin təməlinin qoyulması

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdam rayonunun Baş Qərvənd kəndinin təməlqoyma mərasimində iştirak etmişdir. Mərasim zamanı dövlətimizin başçısı kəndin təməlini qoymuşdur.

Kənd tarixi ənənələri qorumaqla müasir üslubda layihələndirilmişdir. Kəndin ümumi ərazisi 476 hektardır. Kənddə 6057 nəfərin məskunlaşması və ümumilikdə 1495 fərdi evin tikilməsi nəzərdə tutulmuşdur. Layihənin birinci mərhələsi üçün 202 hektardan çox torpaq sahəsi ayrılmışdır. Birinci mərhələdə kəndə 851 ailənin – 3703 nəfərin köçürülməsi planlaşdırılır. Bunun üçün bu mərhələdə 851 ev inşa ediləcəkdir. Bu evlərin 170-i ikiotaqlı, 425-i üçotaqlı, 213-ü dördotaqlı, 43-ü isə beşotaqlı olacaqdır.