AĞDAM
19
Sentyabr2024
Ağdam–Əsgəran–Xocalı–Xankəndi avtomobil yolunda aparılan işlərlə tanışlıq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Ağdam–Əsgəran–Xocalı–Xankəndi avtomobil yolunda görülən işlərlə tanış olmuşdur.
Prezident İlham Əliyevin 2024-cü il 13 yanvar tarixli Sərəncamı ilə Ağdam–Əsgəran–Xocalı–Xankəndi avtomobil yolunun yenidən qurulması işləri sürətlə davam etdirilir. Uzunluğu 33,6 kilometr olan yolda 5 körpünün, 2 keçidin, suötürücü boruların tikintisi və digər infrastruktur işləri görülür. Yol bölgədə gediş-gəlişi asanlaşdıracaq, kənd təsərrüfatının, turizmin inkişafına əhəmiyyətli təsir göstərəcəkdir.
