ŞUŞA
17
İyul2025
Şuşada Yuxarı Gövhər Ağa məscidini ziyarət
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov iyulun 17-də Şuşada Yuxarı Gövhər Ağa məscidini ziyarət etmişdirlər.
Qonağa işğal dövründə Şuşadakı 17 məsciddən 16-sının dağıdıldığı və tarixi abidələrə ciddi ziyan vurulduğu barədə məlumat verilmişdir. Heydər Əliyev Fondu tərəfindən 2021-ci ilin sonlarından başlanılan bərpa işləri nəticəsində Yuxarı Gövhər Ağa məscidi əvvəlki görkəminə qaytarılmışdır. 2023-cü il mayın 10-da məscidin açılışı Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə baş tutmuşdur.
