ŞUŞA
17
İyul2025
Şuşada güllələnmiş heykəllərə baxış
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov iyulun 17-də Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründə ermənilər tərəfindən güllələnmiş heykəllərinə baxmışdırlar.
İşğal zamanı ermənilərin bu heykəlləri Ermənistana apararaq əritmək istədikləri barədə Qurbanqulu Berdiməhəmmədova məlumat verilmişdir. Ulu Öndər Heydər Əliyevin müdaxiləsi nəticəsində heykəllər Ermənistandan alınaraq Azərbaycana gətirilmiş və bir müddət Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılmışdır. Şuşa işğaldan azad olunduqdan sonra isə həmin heykəllər öz əvvəlki yerlərinə qaytarılmışdır.

