AĞDAM
3
İyul2025
Xıdırlı kəndində yeni mənzillərə köçən sakinlərlə görüş
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov iyulun 3-də Ağdam rayonunun Xıdırlı kəndində yeni mənzillərə köçən sakinlərlə görüşmüşdürlər.
Görüş zamanı Prezident İlham Əliyev qardaş Qırğızıstanın Qarabağın bərpasına verdiyi töhfəni yüksək qiymətləndirərək kənddə tikilən və “Manas” dastanının adını daşıyan məktəbin əhəmiyyətini vurğulamışdır. Prezident Sadır Japarov bu məktəbin Qırğızıstan–Azərbaycan dostluğunun simvolu olduğunu və gələcək nəsillərə ortaq dəyərlərin ötürülməsinə xidmət edəcəyini qeyd etmişdir.
Sakinlər göstərilən diqqət və qayğıya görə hər iki dövlət başçısına minnətdarlıqlarını bildirmişdirlər. Görüş zamanı mənzillərin açarlarının təqdimetmə mərasimi keçirilmişdir.
