LAÇIN
27
MAY2025
Bəylik kəndində klub-icma mərkəzində yaradılan şəraitlə tanışlıq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Laçın rayonunun Bəylik kəndində klub-icma mərkəzində yaradılan şəraitlə tanış olmuşdur.
Buradakı otaqlarda rəqs və digər dərnəklər fəaliyyət göstərəcəkdir. Binadakı zalda əlamətdar günlərlə bağlı müxtəlif tədbirlərin, eyni zamanda, gənclərin toplantı və görüşlərinin keçirilməsi üçün hərtərəfli şərait vardır. Bəylik kəndində evlərin, sosial obyektlərin, küçələrin işıqlandırılmasında yaşıl enerjidən istifadə edilir. Bu məqsədlə digər obyektlər kimi klub-icma mərkəzinin binasının damında da günəş panelləri quraşdırılmışdır.
