LAÇIN
27
MAY2025
Laçında Pakistanın Baş naziri ilə məhdud tərkibdə görüş
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında mayın 27-də Laçında məhdud tərkibdə görüş keçirilmişdir.
Pakistanın Baş naziri Qarabağ və Şərqi Zəngəzura səfərindən məmnunluğunu ifadə edərək bu səfərin “Qarabağ Azərbaycandır!” mövqeyinin növbəti təsdiqi olduğunu vurğulamışdır. Baş nazir həmçinin Azərbaycanın Müstəqillik Günü münasibətilə təbriklərini çatdırmış və Laçın rayonunda qısa müddətdə həyata keçirilən bərpa-quruculuq işlərinin təəssürat doğurduğunu qeyd etmişdir.
Görüşdə Azərbaycanla Pakistan arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, həmçinin elm, təhsil və yüksək texnologiyalar, tələbə mübadiləsi sahələrində əməkdaşlıq məsələlərinə dair geniş fikir mübadiləsi aparılmışdır.
