LAÇIN
27
MAY2025
“LATIFA” Laçın tikiş fabrikinin açılış mərasimi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də “LATIFA” Laçın tikiş fabrikinin açılışında iştirak etmişdir.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 2023-cü il avqustun 26-da açılışı olmuş Laçın Aqrosənaye Parkı fəaliyyətini genişləndirir. Rayonun Zerti kəndində yerləşən parkda artıq 12 müəssisə fəaliyyət göstərir. Sənaye parkında daha iki müəssisənin işə başlaması nəzərdə tutulur. Bunlardan biri “LATIFA” Laçın tikiş fabrikidir.
Ümumi dəyəri 1,2 milyon manat olan müəssisədə 30 yeni iş yeri yaradılacaqdır. Fabrikdə gündə 2 min ədəd tekstil məhsulu istehsal olunacaqdır. Bura ev tekstili, idman dəstləri, eksklüziv geyimlər və digər məhsullar daxildir.
Müəssisə ilə tanışlıqdan sonra dövlətimizin başçısı sakinlərlə görüşmüşdür.

