AĞDAM
10
MAY2025
Ağdam Muğam Mərkəzinin açılış mərasimi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 10-da Ağdam Muğam Mərkəzinin açılışında iştirak etmişdirlər.
Ağdam Muğam Mərkəzinin təməli 2023-cü ilin mayında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulmuşdur. Mərkəzdə kafe, kinozal, kitabxana və iki rəqs zalı yaradılmışdır. Buradakı 474 yerlik konsert zalında müxtəlif mədəni tədbirlər, o cümlədən muğam konsertləri təşkil etmək üçün hərtərəfli şərait vardır. Mərkəzdə 15 dərs otağı, sərgi salonu, iclas zalı və digər otaqlar yaradılmışdır. Muğam Mərkəzinin ərazisində 615 tamaşaçı tutumu olan açıq amfiteatr da inşa edilmişdir.
Tədbirdə çıxış edən dövlətimizin başçısı birinci xanım Mehriban Əliyeva ilə birlikdə Ağdam Muğam Mərkəzinin açılışına həsr olunan konsert proqramına baxmışdırlar.


