AĞDAM
10
MAY2025
Kəngərli kəndinin birinci mərhələsinin açılış mərasimi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak etmişdir.
Şəhər mərkəzindən 6 kilometr məsafədə yerləşən bu kəndin təməlini 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyev qoymuşdur. Kəngərli kəndi 2544 nəfər üçün planlaşdırılmışdır. Layihələndirilən ümumi ərazi 177 hektardan çoxdur.
Ümumilikdə kənddə 2 mərhələ üzrə 632 fərdi evin inşası nəzərdə tutulmuşdur. Bu kənddə də əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılmış, iqtisadi, təhsil, sosial, mədəni və məişət təyinatlı müxtəlif obyektlər tikilmişdir. Kənddaxili yollar, elektrik, rabitə, su xətləri çəkilmiş, qaz təchizatı təmin olunmuşdur.
