ŞUŞA
9
MAY2025
Daşaltı kənd məscidinin açılış mərasimi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Şuşa rayonunun Daşaltı kənd məscidinin açılışında iştirak etmişdirlər.
Daşaltı kənd məscidinin təməli 2021-ci ilin noyabrında Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulmuşdur. Məscid kəndin mərkəzində milli memarlıq üslubunda inşa edilmişdir. İkiminarəli məscid ümumi memarlıq kompozisiyası, planlaşdırma və bədii-dekorativ xüsusiyyətlərinə görə Qarabağ memarlıq məktəbinin ənənələrinə uyğun inşa olunmuşdur.
Hündürlüyü 22,5 metr olan minarələr layihələndirilərkən Yuxarı Gövhər ağa məscidinin minarələrinin formasından istifadə olunmuşdur. İkimərtəbəli məsciddə eyni vaxtda 150-dən çox insan ibadət edə biləcəkdir.
