ŞUŞA
27
MART2025
Qarabağ küçəsində tikinti işləri və iaşə obyektlərində yaradılan şəraitlə tanışlıq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 27-də Şuşada Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı layihələri çərçivəsində aparılan tikinti işləri və iaşə obyektlərində yaradılan şəraitlə tanış olmuşdurlar.
Bu küçədə ümumilikdə müxtəlif təyinatlı 10 binanın inşası aparılır. Onların arasında mehmanxana, ofislər, iaşə obyektləri, Şuşa Qoruq İdarəsinin binası da vardır. Tikinti işləri yüksək keyfiyyətlə və şəhərin ümumi görünüşünə uyğun həyata keçirilir. Bu binaların inşası tarixi Azərbaycan şəhəri olan Şuşanın inkişafı istiqamətində atılan addımların bir hissəsidir.
