XOCALI
19
Fevral2025
Ballıca kəndində bərpa işləri ilə tanışlıq və bir qrup sakinlə görüş
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da Xocalı rayonunun Ballıca kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olmuş, sonra isə kəndə köçən bir qrup sakinlə görüşərək onların evlərində yaradılan şəraitə baxış keçirmişdir.
Sakinlər yaradılan şəraitə görə dövlətimizin başçısına dərin təşəkkürlərini bildirmişdirlər. Görüş zamanı çıxış edən Prezident İlham Əliyev sakinləri doğma yurda qayıdış münasibətilə təbrik etmişdir. Sonra xatirə şəkli çəkdirilmişdir.

