KƏLBƏCƏR
26
İyun2022
“Çıraq-1” kiçik su-elektrik stansiyasındakı tikinti işlərinin gedişi ilə tanışlıq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 26-da Kəlbəcər rayonunda “Çıraq-1” kiçik su-elektrik stansiyasındakı tikinti işlərinin gedişi ilə tanış olmuşdur.
“Yaşıl enerji” strategiyasına uyğun olaraq hazırda Kəlbəcər rayonunun ərazisində ümumi gücü 27 meqavat olan 5 kiçik su elektrik stansiyası tikilir. Kiçik su-elektrik stansiyalarında ümumilikdə 9 hidroaqreqat fəaliyyət göstərəcəkdir. Stansiyaların enerji sisteminə inteqrasiyası üçün 110 və 35 kV-luq xətlər çəkilir. İşlərin böyük hissəsinin görüldüyü bu 5 stansiya rəqəmsal qaydada mərkəzi SCADA Dispetçer İdarəetmə Sisteminə inteqrasiya ediləcəkdir.
Kəlbəcərdə yeni tikilən elektrik stansiyalarında il ərzində ümumilikdə 100 milyon kilovat/saata yaxın ekoloji cəhətdən təmiz enerji istehsal olunacaqdır.
