CƏBRAYIL
3
Oktyabr2024
Mehdi Mehdizadə adına tam orta məktəbin binasının açılış mərasimi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 3-də Cəbrayıl şəhərində Mehdi Mehdizadə adına 960 şagird yerlik tam orta məktəbin binasının açılışında iştirak etmişdirlər.
2021-ci il oktyabrın 4-də Prezident İlham Əliyev tərəfindən təməli qoyulmuş və ərazisi 2,7 hektar olan məktəbdə 40 sinif otağı və 5 inzibati otaq vardır. Şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün sinif otaqları zəruri dərs vəsaitləri ilə təchiz edilmişdir. Təhsil ocağında həmçinin kimya, fizika, biologiya laboratoriyaları, texnologiya və informatika otaqları, 4 STEAM otağı, çağırışaqədərki hazırlıq kabineti, kitabxana, akt və idman zalları, yeməkxana yaradılmışdır. Məktəbdə internet, mebel-inventar və digər zəruri avadanlıqlar müasir tələblər səviyyəsindədir. Təhsil ocağının həyətində abadlıq işləri görülmüş, futbol, basketbol, voleybol və açıq oyun meydançaları yaradılmışdır.

