AĞDAM
27
Sentyabr2024
Zəfər parkını ziyarət
Sentyabrın 27-də – Anım Günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda inşası davam etdirilən Zəfər parkında olmuşdur. Dövlətimizin başçısı parkın girişində xatirə daşının önünə gül dəstəsi qoymuşdur.
Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı sərəncamla inşası davam etdirilən layihəyə əsasən torpaqlarımızın azad olunması uğrunda tarixi qələbəyə gedən yolu, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş əsgər və zabitlərimizin, bütün şəhidlərimizin xatirəsini yaşatmaq məqsədilə kompleksin ərazisində Zəfər muzeyi də yaradılır. Muzey kompleksində Vətən müharibəsi şəhidlərinin hər birinin adı həkk olunacaq, burada toplanacaq eksponatlar ərazilərimizin işğaldan azad olunması uğrunda mübarizə aparan əsgər və zabitlərimizin igidliyini, xalqımızın əzmini bir daha nümayiş etdirəcəkdir. Kompleks park ilə əhatə olunacaqdır.

