XƏBƏRLƏR HAQQIMIZDA VİDEOLAR
EN
RU
ES

XANKƏNDİ

19

Sentyabr

2024

Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olmuşdur.

Xankəndi Dövlət Dram Teatrının binası 1932-ci ildə Azərbaycan hökuməti tərəfindən tikilərək istifadəyə verilmişdir. 1949-cu ildə binanın konstruksiyasına müəyyən əlavələr olunmuşdur. Bina sovet dövrü memarlığının əsas elementlərini özündə əks etdirir. Teatrın binası XX əsr abidəsi kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarı ilə “Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı”na daxil edilmişdir.

Mədəniyyət Nazirliyinin və digər qurumların mütəxəssisləri tərəfindən 2023-cü ilin noyabrında Xankəndi şəhərində yerləşən mədəniyyət müəssisələrinin monitorinqi aparılan zaman teatrın binasına da baxış keçirilmişdir. Məlum olmuşdur ki, işğal dövründə bina istismar üçün yararsız vəziyyətə salındığına görə əsaslı təmirə ehtiyac vardır.

Qarabağa baxış

Keçmiş Dağlıq Qarabağ münaqişəsinin tarixi, siyasi və hüquqi aspektləri

Erməni cinayətləri

Azərbaycan mədəni irsi və təbii sərvətlərinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Xocalı bu gün

Xocalının dinc əhalisinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Şuşa bu gün

Vətən bağı aləlvandır, ətrin gəlir, Xarıbülbül

44 günlük müharibə

Bütün müharibələri bitirmək üçün müharibə

Virtual Qərbi Azərbaycan

Qərbi Azərbaycanda Oğuz-Türk irsi