AĞDAM
19
Sentyabr2024
“Aghdam City Hotel”in açılış mərasimi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Ağdam şəhərində “Aghdam City Hotel”in açılışında iştirak etmişdir.
“Aghdam City Hotel” Ağdam şəhərinin mərkəzinə yaxın ərazidə inşa olunmuşdur. Ən müasir standartlara cavab verən beşmərtəbəli hoteldə 130 otaq vardır. Burada müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans və iclas zalları yaradılmışdır. Hoteldəki restoran və barlar qonaqların həm yüksək səviyyədə qidalanmalarına, həm də asudə vaxtlarını daha maraqlı keçirmələrinə geniş imkanlar açır.
Hoteldə fiziki məhdudiyyətli qonaqlar üçün xüsusi dizayn edilmiş 4 otaq da mövcuddur. “Aghdam City Hotel”də qonaqların sağlamlıq və istirahətini təmin etmək məqsədilə fitnes və spa mərkəzləri də yaradılmışdır.
