XƏBƏRLƏR HAQQIMIZDA VİDEOLAR
EN
RU
ES

ŞUŞA

5

İyul

2024

Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentlərinin Şuşa şəhərinə səfəri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, ölkəmizdə səfərdə olan Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov iyulun 5-də Şuşa şəhərini gəzmişdirlər. Şuşada 23 binadan ibarət birinci yaşayış kompleksində Şuşa şəhərinin sakinləri ilə söhbətdən sonra dövlət başçıları Şuşa şəhərini gəziblər.

Gəzi zamanı ali qonaqlara yeni Şuşa məscidinin layihəsi barədə məlumat verilmişdir. Məlumata əsasən qədim Şuşada təməli qoyulan məscid həm də müasir memarlıq nümunəsi kimi göz oxşayacaqdır. İki minarəsi və mozaika ilə bəzədiləcək günbəzi olan məscidin layihələndirilməsi azərbaycanlı və italiyalı memarlarla birgə həyata keçirilmişdir. Məscidin xarici səthi Şuşanın qədim məscidinin minarələrində istifadə edilən həndəsi naxışlarla bəzədiləcəkdir. Yeni məscidin təməlini 2021-ci il mayın 12-də Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva qoymuşdurlar.

Sonra Prezident İlham Əliyev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Qırğızıstan Prezidenti Sadır Japarov Aşağı Gövhər Ağa məscidini ziyarət edərək Heydər Əliyev Fondu tərəfindən “PAŞA Holding”in dəstəyi ilə aparılmış quruculuq işləri ilə tanış olmuşdurlar.

Avtobusla şəhərin ərazisini gəzən dövlət başçıları daha sonra Şuşanın rəmzlərindən biri, tarixən cıdır yarışlarının və Qarabağ xanlığı dövründən yerli əhalinin Novruz bayramını və digər el şənliklərini keçirdiyi Cıdır düzünə gəlmişdirlər.

Qarabağa baxış

Keçmiş Dağlıq Qarabağ münaqişəsinin tarixi, siyasi və hüquqi aspektləri

Erməni cinayətləri

Azərbaycan mədəni irsi və təbii sərvətlərinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Xocalı bu gün

Xocalının dinc əhalisinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Şuşa bu gün

Vətən bağı aləlvandır, ətrin gəlir, Xarıbülbül

44 günlük müharibə

Bütün müharibələri bitirmək üçün müharibə

Virtual Qərbi Azərbaycan

Qərbi Azərbaycanda Oğuz-Türk irsi