İyul – Dekabr, 2024

5

İyul

“Palace” hotelinin əsaslı təmir və bərpadan sonra açılış mərasimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Xankəndi şəhərində əsaslı təmir və bərpadan sonra “Palace” hotelinin açılışında iştirak etmişdir.

Hoteldə müxtəlif tipli 54 otaq vardır. Burada ən müasir iaşə məkanları, həmçinin əyləncə və istirahət zonalarında spa, sauna və qapalı hovuz, idman zalı yaradılmışdır. Lobbi, açıq və qapalı terras zonalarından ibarət restoranda 300 qonağı qəbul etmək imkanı olacaqdır. Bundan başqa, burada səhər yeməyi restoranı, “Şirin Coffee & Bakery”, “Cafe Park-Fast Food” və “Dəfnə” restoranları fəaliyyət göstərəcəkdir.