ŞUŞA
16
MART2021
Molla Pənah Vaqifin büstünün qoyulacağı əraziyə baxış
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva martın 16-da Molla Pənah Vaqifin büstünün qoyulacağı əraziyə gəlmişdirlər. Molla Pənah Vaqifin muzey-məqbərə kompleksində olduğu kimi büstünün bərpası layihəsi də Heydər Əliyev Fondu tərəfindən icra olunacaqdır.
