30
Yanvar
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da Gəncə Memorial Kompleksinin təməlini qoymuşdur.
Vətən müharibəsi dövründə Gəncə şəhəri oktyabrın 4-ü, 5-i, 8-i, 11-i və 17-də Ermənistan silahlı qüvvələri tərəfindən müxtəlif təyinatlı “Toçka-U”, “Smerç”, “SCUD” və digər raket qurğularından endirilən zərbələrə məruz qalmışdır. Nəticədə 6-sı uşaq olmaqla, 26 mülki şəxs həlak olmuş, 31-i uşaq olmaqla, 142 dinc sakin müxtəlif dərəcəli bədən xəsarətləri almışdırlar.
Kompleksin yaradılacağı ərazi ilə tanış olan Prezident İlham Əliyev Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə raket hücumu nəticəsində həlak olan dinc sakinlərin xatirə guşəsinin önünə gül dəstəsi qoymuşdur.