FÜZULİ
15
MART2021
Füzuli–Hadrut avtomobil yolunun təməlqoyma mərasimi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva martın 15-də Füzuli və Xocavənd rayonlarına səfərləri zamanı Füzuli–Hadrut avtomobil yolunun təməlini qoymuşdurlar.
Füzuli–Hadrut avtomobil yolu başlanğıcını Zəfər yolundan götürür və yeni inşa ediləcək Hadrut–Cəbrayıl–Şükürbəyli avtomobil yoluna birləşir. Uzunluğu 13 kilometr olan bu yol 4 hərəkət zolaqlı olacaqdır. Yol boyunca avtomobil körpüləri inşa ediləcəkdir.

