27
May
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Laçın şəhərində Aqro və Sənaye Parkında aparılan işlərlə tanış olmuşdur.
Aqro və Sənaye Parkında ümumilikdə 46 müəssisə fəaliyyət göstərəcəkdir. Həmin müəssisələrin 80 faizinin bu il yay aylarının sonunadək işə başlayacağı nəzərdə tutulmuşdur. Burada həm iri, həm də kiçik mebel fabrikləri, yüngül materiallardan ev və digər konstruksiyalar hazırlayan müəssisə, balıq təsərrüfatı, yeyinti sənayesi, yüngül sənaye, ekoloji cəhətdən təmiz emal müəssisələri, kiçikbuynuzlu heyvanlar üzrə elmi-təcrübə mərkəzi yaradılacaqdır. İyun ayından artıq keramik məhsullar fabriki fəaliyyətə başlayacaqdır. Bundan başqa, kinostudiyanın, tekstil, ayaqqabı fabriklərinin açılması, müxtəlif istiqamətlər üzrə qısamüddətli kursların təşkili də nəzərdə tutulmuşdur.