YANVAR – İYUN, 2023

27

May

Kəlbəcər şəhərində ilk yaşayış məhəlləsinin təməlqoyma mərasimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Kəlbəcər şəhərində ilk yaşayış məhəlləsinin təməlinin qoyulması mərasimində iştirak etmişdir. Mərasim zamanı dövlətimizin başçısı yaşayış məhəlləsinin təməlini qoymuşdur.

Yaşayış məhəlləsi 3,26 hektar ərazidə layihələndirilmişdir. Yaşayış məhəlləsinin konsepsiyası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə icra olunan Baş plan layihəsi çərçivəsində hazırlanmışdır. Məhəllədə dördmərtəbəli 3 və ikimərtəbəli 10 yaşayış binasının inşası nəzərdə tutulur. Burada 112 mənzildə ümumilikdə 460 nəfərdən çox sakin yaşayacaqdır. Yaşayış binalarının memarlığı ərazinin relyef xüsusiyyətlərini əks etdirməklə Alp üslubunda işlənilmişdir.