XƏBƏRLƏR HAQQIMIZDA VİDEOLAR
EN
RU
ES

ZƏNGİLAN

4

MAY

2023

“Sarıqışlaq” su-elektrik stansiyasında aparılan tikinti işlərinin gedişi ilə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də “AzərEnerji” ASC-nin Zəngilan rayonunda “Sarıqışlaq” su-elektrik stansiyasında aparılan tikinti işlərinin gedişi ilə tanış olmuşdur.

Araz çayının sol qolu olan Oxçuçayın üzərində yerləşən stansiyanın qoyuluş gücü 10,5 meqavatdır. Su-elektrik stansiyasında orta illik elektrik enerjisi istehsalı 26,7 milyon kilovat-saat nəzərdə tutulur. Yeni stansiya binasının tikintisi, perimetr boyu hasarlama işləri yekunlaşmışdır. Maşın zalı, aqreqatlar, generatorlar, idarəetmə panelləri, rele mühafizəsi, avtomatika və idarəetmə panellərində məsafədən idarəetmə kompüterlərinin quraşdırılması üzrə işlər icra edilir. Həmçinin “Şayıflı” kiçik su-elektrik stansiyasından çıxan suyun “Sarıqışlaq” SES-ə ötürülməsi məqsədilə nəzərdə tutulmuş derivasiya borusunun çəkilməsi üzrə işlər davam edir. Derivasiya tipli su-elektrik stansiyasının suqəbuledicisi ilə stansiyaarası məsafə 5239 metrdir. “Sarıqışlaq” SES-in turbinlərindən keçən suyun heç bir itki olmadan “Zəngilan” KSES-ə ötürülməsi istiqamətində işlər davam etdirilir. Yaşıl enerji zonası konsepsiyasına uyğun olaraq, ekoloji cəhətdən təmiz enerji istehsal edəcək “Sarıqışlaq” SES-də il ərzində 33,2 milyon kilovat-saat elektrik enerjisi istehsal olunacaqdır.

Qarabağa baxış

Keçmiş Dağlıq Qarabağ münaqişəsinin tarixi, siyasi və hüquqi aspektləri

Erməni cinayətləri

Azərbaycan mədəni irsi və təbii sərvətlərinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Xocalı bu gün

Xocalının dinc əhalisinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Şuşa bu gün

Vətən bağı aləlvandır, ətrin gəlir, Xarıbülbül

44 günlük müharibə

Bütün müharibələri bitirmək üçün müharibə

Virtual Qərbi Azərbaycan

Qərbi Azərbaycanda Oğuz-Türk irsi