XƏBƏRLƏR HAQQIMIZDA VİDEOLAR
EN
RU
ES

AĞDƏRƏ

18

MART

2023

Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbriki

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva martın 18-də Talış kəndində Novruz tonqalını alovlandırmışlar. Daha sonra dövlətimizin başçısı xalqımızı Novruz bayramı münasibətilə təbrik etmişdir.

Birinci Qarabağ müharibəsi və işğal dövründə ermənilərin işğal edilmiş ərazilərdə törətdikləri vandalizm aktlarından və sülh danışıqlar prosesi zamanı atdıqları destruktiv addımlardan bəhs edən dövlətimizin başçısı İkinci Qarabağ müharibəsi zamanı xalqımızın bir yumruq kimi birləşərək haqq davamız uğrunda inamla döyüşə atıldığını bir daha vurğulamış, müharibədən sonra işğaldan azad edilmiş torpaqlarda aparılan quruculuq işləri barəsində danışmışdır.

Üçüncü dəfədir ki, Azərbaycan xalqına Novruz təbriklərini doğma Qarabağ diyarından çardırdığını deyən ölkə başçısı bunu böyük xoşbəxtlik adlandırmış, bu xoşbəxtliyi bizə bəxş edən qəhrəman şəhidlərimizin əziz xatirəsini hörmətlə yad edərək Allahdan onlara rəhmət diləmiş, qəhrəman Azərbaycan hərbçilərini isə səmimiyyətlə salamlayaraq onların canı-qanı bahasına doğma torpaqlarımıza qayıtdığımızı qeyd etmişdir.

Qarabağa baxış

Keçmiş Dağlıq Qarabağ münaqişəsinin tarixi, siyasi və hüquqi aspektləri

Erməni cinayətləri

Azərbaycan mədəni irsi və təbii sərvətlərinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Xocalı bu gün

Xocalının dinc əhalisinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Şuşa bu gün

Vətən bağı aləlvandır, ətrin gəlir, Xarıbülbül

44 günlük müharibə

Bütün müharibələri bitirmək üçün müharibə

Virtual Qərbi Azərbaycan

Qərbi Azərbaycanda Oğuz-Türk irsi