XƏBƏRLƏR HAQQIMIZDA VİDEOLAR
EN
RU
ES

AĞDAM

18

Fevral

2023

Prezident İlham Əliyevin Münxendə televiziya kanallarına müsahibəsi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 18-də Münxendə Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə birgə görüşdən sonra televiziya kanallarına müsahibə vermişdir.

Müsahibə zamanı görüşün konstruktiv keçdiyini vurğulayan Prezident İlham Əliyev bir çox məsələlərin müzakirə olunduğunu, o cümlədən Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması, sazişin imzalanması üçün lazım olan şərtlərin mövcudluğu barədə fikir mübadiləsi aparıldığını, əsas məsələnin bu sülh müqaviləsinin beynəlxalq norma və prinsiplər əsasında tərtib edilməli olduğunu bildirmiş, Qarabağ haqqında hər hansısa müddəanın olmasının qəbuledilməzliyini qeyd etmişdir. Üç gün əvvəl Ermənistanın bu istiqamətdə Azərbaycanın təkliflərinə cavab verdiyini və ilk baxışda Ermənistanın mövqeyində tərəqqi olduğunu qeyd edən ölkəmizin başçısı, görüş zamanı Laçın–Xankəndi yolundakı vəziyyətə də toxunduqlarını və öz növbəsində Azərbaycanın mövqeyini və heç bir blokadadan söhbət getmədiyini bildirdiyini vurğulamışdır.

Qarabağa baxış

Keçmiş Dağlıq Qarabağ münaqişəsinin tarixi, siyasi və hüquqi aspektləri

Erməni cinayətləri

Azərbaycan mədəni irsi və təbii sərvətlərinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Xocalı bu gün

Xocalının dinc əhalisinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Şuşa bu gün

Vətən bağı aləlvandır, ətrin gəlir, Xarıbülbül

44 günlük müharibə

Bütün müharibələri bitirmək üçün müharibə

Virtual Qərbi Azərbaycan

Qərbi Azərbaycanda Oğuz-Türk irsi