ŞUŞA
12
MAY2021
Şuşada Xan qızı Natəvanın sarayına baxış
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva və Arzu Əliyeva mayın 12-də Şuşada Xan qızı Natəvanın sarayının qarşısındakı əraziyə baxış keçirmişdirlər.
Şuşa şəhərində Xan qızı Natəvanın evi işğal dövründə dağıdılmışdır. Azərbaycanda yaradılan ilk uşaq musiqi məktəbi olan Şuşa Musiqi Məktəbi Xan qızı Natəvanın evində fəaliyyətə başlamışdır. XVIII əsrə aid tarix-memarlıq abidəsi erməni vəhşiliyinin, vandalizminin qurbanı olmuşdur.
İşğal zamanı binaya dəyən ziyanın qiymətləndirilməsinə artıq başlanılmışdır. Bu prosesdən sonra burada bərpa işlərinə start veriləcəkdir.
